Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir
![Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir](https://azvision.az/photos/2023/03/55-1679766838.jpg)
Bu addımın yenilənmiş milli təhlükəsizlik strategiyası fonunda ölkənin Özünümüdafiə Qüvvələrinin əks-hücum potensialının inkişafı çərçivəsində atılacağı qeyd edilib.
Yaponiyanın səkkiz “Aegis” ilə təchiz olunmuş esminesi var və yaxın illərdə Tokio onların sayını 10-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Yaponiya hökuməti Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib. Rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.
AzVision.az