“Sərhədsiz reportyorlar” Fransa hökumətinə çağırış etdi
![“Sərhədsiz reportyorlar” Fransa hökumətinə çağırış etdi “Sərhədsiz reportyorlar” Fransa hökumətinə çağırış etdi](https://azvision.az/photos/2023/03/16797406411533022943_1200x630-1679744020.jpg)
“Sərhədsiz reportyorlar” təşkilatı Fransanın daxili işlər naziri Jerald Darmanənə məktubla müraciət edərək, polislərin zorakılıq aktlarından çəkinmələri üçün tədbir görülməsini tələb edib. Təşkilatın baş katibi Kristof Delor diqqətə çatdırıb ki, təhlükəsizlik qüvvələri jurnalistlərin fəaliyyətinə mane olmamalı, onların işləməsinə imkan yaratmalıdır. Biz isə bunun əksini görürük. Jurnalistlərin aksiyaları işıqlandırmaq üçün həm icazələri, həm də hüquqları var.
Qeyd edək ki, “Sərhədsiz reportyorlar” təşkilatının hazırladığı mətbuat azadlığı indeksinə əsasən, Fransa bu sahədə 180 ölkə arasında 26-cı yerdədir.
AzVision.az
Teqlər: