Ermənistandakı kimsəsizlər evində intihar halları artıb
![Ermənistandakı kimsəsizlər evində intihar halları artıb Ermənistandakı kimsəsizlər evində intihar halları artıb](https://azvision.az/photos/2023/03/hertakan-inqnaspanutyuny-ereva-n262600-1-1679736711.jpg)
Bildirilir ki, martın 25-ü səhər 9-da Ermənistan Daxili İşlər Nazirliyinin Malatiya polis idarəsinə İrəvanın Haqtanak (Qələbə) məhəlləsindəki pansionatda bir nəfərin intihar etməsi barədə məlumat daxil olub.
Polis və müstəntiqlər pansionatın ikinci mərtəbəsinin eyvanında kişi meyiti aşkar ediblər. Qeyd edilir ki, kimsəsizlər evlərində intiharla bağlı faktlar artıb. Bundan öncə də oxşar hallar yaşanıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: