"Hraparak" yazır ki, Koçaryan uzun müddətdir ki, xaricə gedib. Onun Almaniyada qaldığı söylənilir. Nəşr qeyd edir ki, "eks-prezidentin gözlənilməz gedişinin tarixi ilə bağlı da ziddiyyətli məlumatlar var. Koçaryanın komandasında olan bəzi şəxslər onun ölkədən bir həftə əvvəl getdiyini, bəziləri isə daha öncə Berlinə uçduğunu iddia edirlər".
Müəllif yazır ki, Koçaryanın Almaniyada peyda olmasının rəsmi izahı onun müalicə olunması ilə bağlıdır. Amma hərbi caninin yaxınları jurnalistləri yalandan əmin ediblər ki, eks-prezidentin səhhətində elə bir ciddi problemlər yaranmayıb.
"O, yəqin ki, siyasi mübarizədən "yorğun" düşdüyü üçün 2 ay xaricdə qalmaq qərarına gəlib... Bu mövzuda biz də rəsmi məlumat almağa çalışdıq. Amma Koçaryanın ofisinə yeni rəhbər təyin olunmuş Baqrat Mikoyan zənglərimizi cavabsız qoydu”, - müəllif yazıb.
Qeyd edək ki, əksər saytlar bir ildən çoxdur ki, Koçaryanın ağır xəstəlikdən əziyyət çəkdiyini yazırlar.
Bu səbəbdən o, dəfələrlə Almaniyada müalicə olunub.
Tural Tağıyev
AzVision.az