"Beşinci kalona bəlkə də, Paşinyan rəhbərlik edir" - Sarkisyan
!["Beşinci kalona bəlkə də, Paşinyan rəhbərlik edir" - Sarkisyan "Beşinci kalona bəlkə də, Paşinyan rəhbərlik edir" - Sarkisyan](https://azvision.az/photos/2023/03/pasinyansarkisyan-1-768x403-1679687224.jpg)
O qeyd edib ki, Ermənistan bundan əvvəl regionda S-300 diviziyaları, uzaqmənzilli raketlər, 100-dən çox ağır texnikaya malik yeganə ölkə olub.
Bundan başqa, eks-prezidentin sözlərinə görə, o zaman yüzlərlə müasir hava hücumundan müdafiə sistemi, on minlərlə iriçaplı sursat alınıb. Keçmiş dövlət başçısı əlavə edib ki, yalnız bir odlu silah 100 milyon dollardan artıq qiymətə alınıb.
"Onlar nə alıblar? Heç bir faydası olmayan üç təyyarə, dəyərini itirmiş bir neçə onlarla köhnə "Osa-AK"? Daha nələr? Qoy desinlər", - Sarkisyan deyib.
Paşinyanın 44 günlük müharibədə məğlubiyyətə səbəb olan orduda “beşinci kolon” haqqında dediyi sözləri şərh edən Sarkisyan bildirib ki, onun dövründə belə bir şey olmayıb.
"Əgər bu şəxs beşinci kolon olduğunu bilirdisə, bəs niyə buna qarşı addım atmadı? Ola bilsin ki, müəyyən dərəcədə həqiqəti söyləyir və ya bəlkə də ona rəhbərlik edir", - Sarkisyan deyib.
Bundan əvvəl baş nazir Paşinyan bəyan etmişdi ki, Ermənistan 2018-2020-ci illərdə əvvəlki 10 ildəkindən daha çox silah əldə edib. Onun sözlərinə görə, 44 günlük müharibədə məğlubiyyətin səbəbi “beşinci kolon” olub.
Qeyd edək ki, Ermənistanın keçmiş və indiki hakimiyyət nümayəndələri vaxtaşırı Vətən müharibəsində məğlubiyyətə görə bir-birini günahlandırırlar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: