Şeyx İƏT-in baş katibi ilə görüşüb
![Şeyx İƏT-in baş katibi ilə görüşüb Şeyx İƏT-in baş katibi ilə görüşüb](https://azvision.az/photos/2023/03/f000d7d6-e8fe-3077-ae23-98d00d2969f4_850-1679484276.jpg)
Hüseyn İbrahim Taha öz növbəsində Azərbaycanla İƏT arasında inkişaf edən hərtərəfli əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirib, Azərbaycanın həm bu təşkilatda, həm də Beynəlxalq arenada fəal rolunu yüksək təqdir edib.
Həmçinin Hüseyn İbrahim Taha Azərbaycana ziyarətini, ölkə başçısı İlham Əliyevlə, dövlət rəsmiləri ilə, o cümlədən Şeyxülislamla Bakıdakı görüşlərini məmnuniyyətlə xatırlayaraq həmin görüşlərin onun qəlbində silinməz izlər buraxdığını dilə gətirib.
Görüş iştirakçıları tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmasını xahiş edib.
AzVision.az
Teqlər: