Kiyevə dronlarla hücum olub, ölənlər və yaralılar var
![Kiyevə dronlarla hücum olub, ölənlər və yaralılar var Kiyevə dronlarla hücum olub, ölənlər və yaralılar var](https://azvision.az/photos/2023/03/16794702046237561582_1200x630-1679480828.jpg)
Gecə boyu Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə və onun vilayətinə Rusiya silahlı qüvvələri tərəfindən İran istehsalı olan kamikadze dronları ilə hücum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri gecə saatlarında “Şahed-136” PUA-dan istifadə edərək kütləvi hava zərbəsi endirib. İlkin məlumatlara görə, düşmən 21 pilotsuz uçan aparatı işə salıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
AzVision.az
Teqlər: