Oliqarxlar haqqında qanun Gürcüstan parlamentinin gündəmində
![Oliqarxlar haqqında qanun Gürcüstan parlamentinin gündəmində Oliqarxlar haqqında qanun Gürcüstan parlamentinin gündəmində](https://azvision.az/photos/2023/03/2023-03-09T184010Z_825058399_RC2IQZ9Jdef7575-1679467046.jpg)
Yeni qanun layihəsinə görə, oliqarxlar xüsusi dövlət reyestrinə daxil ediləcəklər. Reyestrin yaradılması və tətbiqi də daxil olmaqla əlaqəli qaydalar Gürcüstan parlamenti tərəfindən təsdiq ediləcək. Qanun layihəsinə görə, oliqarx kimi təsdiqlənmiş şəxslərin xüsusilə də siyasi sahə ilə əlaqəli müəyyən maliyyə fəaliyyətləri məhdudlaşdırılacaq.
Belə ki, onların siyasi partiyaları dəstəkləmək məqsədilə müəyyən donasiyalar etməsinə, seçki prosesində siyasi partiyaları, siyasi kampaniyaları maliyyələşdirməsinə, siyasi tələblərlə nümayiş və toplantılar keçirməsinə, həmçinin özəlləşdirmə zamanı dövlətə məxsus genişmiqyaslı müəssisələri satın almasına icazə verilməyəcək.
Qeyd edək ki, deoliqarxizasiya ilə bağlı qanun layihəsinin qəbulu Avropa İttifaqının Gürcüstan üçün hazırladığı 12 bənddən ibarət tövsiyyələr paketinə daxildir.
AzVision.az
Teqlər: