Türkiyəli vəzifəli şəxslərə Azərbaycan medalları verildi
![Türkiyəli vəzifəli şəxslərə Azərbaycan medalları verildi Türkiyəli vəzifəli şəxslərə Azərbaycan medalları verildi](https://azvision.az/photos/2023/03/defr555ki8-1679462919.jpg)
Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin, xüsusilə də inzibati məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
X.Məmmədov Türkiyə məhkəmə sisteminin hər üç yüksək vəzifəli şəxsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.
Görüşlərdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.
AzVision.az
Teqlər: