Putin və Si Cinpin danışıqların yekunlarına dair iki sənəd imzalayıblar
![Putin və Si Cinpin danışıqların yekunlarına dair iki sənəd imzalayıblar
Putin və Si Cinpin danışıqların yekunlarına dair iki sənəd imzalayıblar](https://azvision.az/photos/2023/03/16794174405807863234_1200x630-1679418027.jpg)
Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında V.Putin danışıqları konstruktiv qiymətləndirib, iqtisadi və ticarət sahələrində əməkdaşlığı genişləndirmək imkanlarının olduğunu bildirib. O qeyd edib ki, beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Çinin mövqeləri üst-üstə düşür. V.Putin Ukrayna böhranının həllinə dair Çin planının nizamlama üçün əsas götürülə biləcəyini vurğulayıb.
ÇXR Sədri Si Cinpin rusiyalı həmkarı ilə danışıqların səmimi və dostluq şəraitində keçdiyini, Çin-Rusiya əlaqələrinin müasir dünya düzənində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Çinin beynəlxalq münasibətlərin təməl normalarına əməl olunmasına çalışacaqlarını deyib. Si Çinpin ölkəsinin Ukrayna münaqişəsində BMT Nizamnaməsinin prinsiplərini rəhbər tutduğunu, münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
AzVision.az
Teqlər: