Mahir Emreli millinin heyətindən çıxarılıb

   Mahir Emreli millinin heyətindən çıxarılıb
  19 Mart 2023    Oxunub:935
Türkiyənın "Konyaspor" klubunun üzvü Mahir Emreli Azərbaycan millisinin heyətindən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu zədəli olduğu üçün qarşıdakı oyunlarda yığmamıza kömək edə bilməyəcək.

Xatırladaq ki, millimiz Avro-2024-üç seçmə mərhələsində martın 24-də Avstriya, martın 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti