Artan enerji qiymətləri 141 milyon insanı yoxsul edəcək

   Artan enerji qiymətləri 141 milyon insanı yoxsul edəcək
  18 Fevral 2023    Oxunub:814
Dünyada artan enerji qiymətləri 141 milyon insanı yoxsulluğa sürükləyəcək.
Bu barədə “Nature Energy” jurnalında dərc olunmuş araşdırmaya istinadən “OilPrice” məlumat yayıb. Qeyd olunub ki, artan qiymətlər nəticəsində ev təsərrüfatlarının enerji xərcləri 62,6–112,9%, məsrəfləri isə müvafiq olaraq 2,7–4,8% artacaq.

Bundan əlavə, təkcə enerji xərcləri deyil, bütün təchizat zənciri boyunca qiymətlər artır. Söhbət ərzaq məhsulları, istehlak malları və ilkin tələbat mallarından gedir. Bazar ekspertləri hesab edir ki, bir çox ölkələrdə hələ də qiymətlər pik nöqtəyə çatmayıb və ərzaq qiymətləri bu il də bahalaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti