"LNG-yə təlabat qaz bazarını təzyiq altında saxlayacaq" - Shell
Rusiya təchizatının azalması fonunda, Avropadan olan istehlakçılar LNG alışlarını 60% artıraraq 121 milyon tona çatdırıblar. Ötən il bu rəqəmə Çində tələbin azalması nəticəsində çatılıb. Lakin Çində COVID məhdudiyyətləri azaldığı üçün ardıq məhdud LNG-nin əldə edilməsi üçün mübarizə başlayacaq.
Şirkətdən bildirilib ki, ötən il dünyada LNG ticarəti 4% artaraq 397 milyon tona çatıb. İlkin proqnozlara görə, dünyada maye qaza tələbat 700 milyon tona yüksələcək. Ona görə də gələcəkdə tələb və təklifdə uçurum yaranmaması üçün indidən yeni layihələrin hazırlanmasına sərmayə qoymaq vacibdir.
Şirkətin mütəxəssisləri qeyd ediblər ki, uzunmüddətli müqavilələr alıcıların bazarda yanacağın qiymətlərinin daimi dəyişməsi nəticəsində yaranan risklərini azalda bilər.
Qeyd edək ki, fevralın 13-də Avropa Komissiyasının (AK) dərc olunmuş iqtisadi proqnozunda Avropa İttifaqı (Aİ) təbii qazın qiymətində növbəti artımla üzləşə biləcəyi qeyd edilib. Bu da gələn qışda yeraltı qaz anbarlarının (QQS) doldurulmasında çətinliklərə səbəb olacaq.
AzVision.az
Teqlər: