Arıçılıqla məşğul olmaq istəyən müharibə iştirakçılarına dəstək layihəsi

Arıçılıqla məşğul olmaq istəyən müharibə iştirakçılarına dəstək layihəsi
  13 Fevral 2023    Oxunub:1088
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən Müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsinə start verilib.
Layihə çərçivəsində Qəbələ rayonunda müharibə iştirakçıları arasında arıçılıq təsərrüfatına maraq göstərən gənclərin iştirakı ilə təsərrüfatın yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri, praktiki təlimlərin təşkili həyata keçiriləcək. Təlimlər başa çatdıqdan sonra iştirakçıların hər birinə bal arısı ailələrinin verilməsi, xüsusən layihənin davamlı olması, belə ki, layihə iştirakçılarının arıçılıq təsərrüfatlarını getdikcə genişləndirmələri onların məşğulluğu, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində faydalı olacaqdır.

"Layihənin məqsədi Qəbələ rayonunda müharibə iştirakçıları arasında arıçılıq təsərrüfatına maraq göstərən gənclərin iştirakı ilə arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri, praktiki təlimlərin təşkilini həyata keçirmək, iştirakçıların hər birinə bal arısı ailələrinin verilməsini təmin etmək, müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsinə töhvə verməkdir" -İctimai Birlikdən verilən məlumatda deyilir.
Layihənin reallaşması nəticəsində Qəbələ rayonunda müharibə iştirakçıları arasında arıçılıq təsərrüfatına maraq göstərən gənclərin arıçılıq üzrə bilik və bacarıqları artırılacaq, bal arısı ailələrinin verilməsi, arıçılıq təsərrüfatlarını getdikcə genişləndirmələri onların məşğulluğu, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində faydalı olacaq, regionda yeni arıçıların formalaşmasına, kənd təsərrüfatının, arıçılığın və kənd turizminin inkişafına töhvə veriləcək.
Layihə Qəbələ rayonunda 01.02.2023 – 01.05.2023 tarixlərində icra edilir.

AzVision.az



Teqlər: Layihə  





Xəbər lenti