Kahramanmaraşa ikinci mobil səhra hospitalı yola salınıb

   Kahramanmaraşa ikinci mobil səhra hospitalı yola salınıb
  11 Fevral 2023    Oxunub:867
Bu gün Bakıdan Türkiyənin Kahramanmaraş şəhərinə ikinci mobil səhra hospitalı yola salınıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev məlumat verib.

O bildirib ki, hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək:

"Hospitalda fəaliyyər göstərən həkimlər, 18 nəfər tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimatoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər bir tibbi avadanlıqla, dərman prepaparatları, sarğı materialları və reaktivlərlə təmin olunub".

Ə.Əliyev əlavə edib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Türkiyədə baş verən güclü zəlzələnin fəsadının aradan qaldırılması məqsədilə humanitar yardımlar davam edir: "Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara çox böyük həcmdə humanitar yardım göndərilib. Bu yöndə FHN də ölkə başçısının tapşırığına uyğun olaraq zəlzələnin ilk günündən axtarış xilasetmə dəstələri, xilasetmə avadanlıqları, əhalinin yerləşdirilməsi üçün böyük miqdarda çadırlar, qızdırıcılar və digər cari avadanlıqlar göndərib. Bundan başqa 41 nəfərdən ibarət tibbi heyət və 1 ədəd mobil səhra hospitalı Kahramanmaraşda açılıb və fəaliyyətini davam etdirir".

AzVision.az



Teqlər:





Xəbər lenti