UEFA da Türkiyəyə yardım edəcək

   UEFA da Türkiyəyə yardım edəcək
  10 Fevral 2023    Oxunub:1403
UEFA bir neçə gün əvvəl baş verən güclü zəlzələdən zərərçəkənlərə görə qardaş ölkə Türkiyəyə və Suriyaya yardm ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA zərərçəkənlər üçün ümumilikdə 200 min avro ödəyəcəyini bildirib.

Bu yardımdan 150 min avro Türkiyə Futbol Federasiyasının hesabına, 50 min avro isə Beynəlalq Yardımlaşma və İnteqrasiya Vəqfinin hesabına köçürüləcək. Daha sonra həmin məbləğ zəlzələdən zərər görən bölgələrdəki insanlar üçün sərf olunacaq.

UEFA-nın prezidenti Aleksander Çeferin isə məsələ ilə bağlı açıqlamasında deyib: "UEFA baş verən dramatik hadisə səbəbindən ilk yardımını edir. Mən üzvlərimizə və assosasiyalara tez reaksiya verdiklərinə görə təşəkkür etmək istəyirəm".

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələ çox sayda insanın həyatına son qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti