"Zəlzələ Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər" - Deputat

   "Zəlzələ Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda  bilər" -    Deputat
  10 Fevral 2023    Oxunub:872
Türkiyədə vaş verən zəlzələnin ölkə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir. İlkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələri aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər.
Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir.

- Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözlənitlər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı.

Deputat bildirib ki, Türkiyənin zəlzənin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da gedə biləcəyi gözlənilir. Onun sözlərinə görə, hazırda Türkiyədə xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyi gözlənilir.

"Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin ərazilərin yenidən qurub və bərpa etmək gücünə malikdir", V.Bayramov əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti