COVID-19 xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb

COVID-19 xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb
  28 Yanvar 2023    Oxunub:985
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti uzadılıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin müddət martın 1-dək uzadılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti