Azərbaycanda amonium sulfat gübrəsi istehsal olunacaq
Onun sözlərinə görə, "Azərsulfat" MMC 100 faizlik istehsal gücünə çatdıqdan sonra, zavodun böyüdülməsi nəzərdə tutulur:
"Növbəti illərdə müəssisənin gücünün artırılması və sulfat turşusundan digər məhsulların istehsalı
planlaşdırılır. Həmçinin, amonium sulfat gübrəsinin istehsalı nəzərdə tutulur. Azərbaycana illik 3-4 min ton amonium sulfat gübrəsi gətirilir. Hazırda dünya bazarlarında bu gübrənin qiyməti çox artıb. Ölkımizfə istehsala başlanılmasıidxaldan asılılığı sıfıra endirəcək".
Direktor sulfat turşusunun qiymətinin idxal olunandan aşağı olduğunu bildirib. Lakin məhsulun hazırlanmasında lazım olan kükürdün idxal edilməsi qiymətə müəyyən təsir edir:
"Buna baxmayaraq qiymət idxal edilən sulfat turşusundan ucuzdur. SOCAR-da modernizasiya işləri bitəndən sonra kükürd yerli istehsal hesabına əldə ediləcək və bu qiymətə təsir edəcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: