Azərbaycan ötən il 1 milyard manata yaxın borc alıb
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur.
Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.
AzVision.az
Teqlər: