Hakimi ilin ən yaxşı ərəb idmançısı seçildi

Hakimi ilin ən yaxşı ərəb idmançısı seçildi
  22 Yanvar 2023    Oxunub:883
PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib.
AzVision.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı oyunçu dünən Ər-Riyadda keçirilən Joy Awards mərasimində nüfuzlu mükafata layiq görülüb. Futbolçu tədbirdə anası ilə birlikdə iştirak edib.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Hakimi Mərakeş millisi ilə birgə turnirin yarımfinalına çıxıb və bu mərhələdə Fransaya uduzub (0:2).

AzVision.az


Teqlər:





Xəbər lenti