Messi-Ronaldo qarşılaşmasında 9 qol

   Messi-Ronaldo qarşılaşmasında 9 qol
  19 Yanvar 2023    Oxunub:1314
Bu gün futbol tarixinin 2 məşhur siması - Lionel Messi və Kriştiano Ronaldo üz-üzə gəliblər.
AzVision.az xəbər verir ki, Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanında “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşməsindən ibarət seçmə komandanın yoldaşlıq görüşü keçirilib.

Messi PSJ-nin, Ronaldo isə "Əl-Nəsrin futbolçusu olaraq seçmə komandanın tərkibində meydana çıxıb. Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçirilən görüş PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Messi 1, Ronaldo 2 qol vurub.

"Əl Nəsr"/"Əl Hilal" - PSJ (Fransa) - 4:5

Qollar: Lionel Messi 3 (0:1), Kriştiano Ronaldo 34 pen. (1:1), Markinyos 47 (1:2), Kriştiano Ronaldo 45+6 (2:2), Serxio Ramos, 53 (2:3), Çanq Yun Soo, 56 (3:3), Kilian Mbappe, 60-pen. (3:4), Uqo Ekitike 78 (3:5), Anderson Taliska, 90+4 (4:5)

Qeyd edək ki, bu görüş üçün PSJ 10 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.

Meeesi ilə Ronaldo son dəfə 771 gün əvvəl qarşılaşıblar. 2020-ci il dekabrın 8-də Messi“Barselona”nın, Ronaldo isə “Yuventus”un formasını geyinib. Həmin oyunda “Yuventus” 3:0 hesablı səfər qələbəsi qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti