Ronaldo-Messi matçının bileti hərracda 2,6 milyon dollara satıldı

   Ronaldo-Messi matçının bileti hərracda  2,6 milyon dollara satıldı
  18 Yanvar 2023    Oxunub:1348
“Əl-Nasr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə Paris Sen-Jermen arasında keçiriləcək futbol matçına bilet Ər-Riyadda keçirilən hərracda 2,6 milyon dollara satılıb.
Biletin alıcısının Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi olduğu bildirilir.

Biletin satışa çıxarıldığı xeyriyyə hərracı Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin və Əyləncə Baş İdarəsinin müşaviri Turki əl-Şeyx tərəfindən açılıb.

Bilete bir neçə imtiyaz daxildir ki, onlardan biri də soyunub-geyinmə otağında futbolçularla şəkil çəkdirmək imkanıdır.

Bazar gününə planlaşdırılan qarşılaşmada "Qızıl top"un bir neçə dəfə qalibi olan argentinalı PSJ-dən Lionel Messi və dekabrın 31-də "Əl-Nasr"a qoşulan portuqaliyalı Kriştiano Ronaldo iştirak edəcək. Oyun Ər-Riyaddakı Kral Fəhd Stadionunda baş tutacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti