22 min meqavatadək külək və günəş enerjisi istehsal edəcəyik

22 min meqavatadək külək və günəş enerjisi istehsal edəcəyik
  17 Yanvar 2023    Oxunub:1328
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq.
AzVision.az xəbər verir ki, bu barədə yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşündə bildirilib.

Qeyd edilib ki, həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti