Bir aya 13 mindən çox şəxsə qrip vaksini vurulub
Bildirilib ki, qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi olaraq müşahidə olunur. 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda ötən il noyabrın 21-dən etibarən influenza epidemiyası elan olunub.
İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur. Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə edilir. Həssas qrupa daxil olan şəxslər isə - hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
Qeyd edək ki, arzu edən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisəsinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: Vaksin