"Çelsi" ukraynalı futbolçunun transferini açıqladı

   "Çelsi" ukraynalı futbolçunun transferini açıqladı
  15 Yanvar 2023    Oxunub:1068
"Çelsi" "Şaxtyor"dan Mixail Mudriki transfer etdiyini açıqlayıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubu ukraynalı yarımmüdafiəçi ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.

Britaniya mətbuatı bu transfer üçün "Çelsi"nin Donetsk klubuna 70 milyon avro ödəyəcəyini yazıb. Müqavilədəki müxtəlif şərtlər, o cümlədən İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi olmaq aktivləşdirilərsə, əlavə 30 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Mudrik bu mövsüm 24 oyunda 10 qol vurub və 8 qolun ötürməsini verib.

AzVision.az




Teqlər:





Xəbər lenti