Olimpiya çempionu saxtakarlığa görə 6 milyon dollar itirdi

   Olimpiya çempionu saxtakarlığa görə 6 milyon dollar itirdi
  14 Yanvar 2023    Oxunub:1085
Atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Boltun Yamaykanın “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından bir neçə milyon dollar itib.
Bu barədə Boltun meneceri Nugent Uokerə istinadən The Gleaner məlumat yayıb. Mənbənin sözlərinə görə, şirkət hücum nəticəsində təxminən 10 milyon dollar itirib. Menecer Boltun nə qədər vəsaitdən məhrum olduğunu açıqlamasa da, mətbuatda idmançının 6 milyon dollardan çox itirdiyi bildirilir.

Qeyd edək ki, Bolt səkkizqat Olimpiya çempionu və 11 qat dünya çempionudur. Həmçinin dünya çempionatlarında iki gümüş və bir bürünc medala sahibdir. O, Yamayka millisinin heyətində 2004-cü ildə Afina Olimpiadasında debüt edib. Bolt ardıcıl üç Olimpiadada (Pekin, London və Rio-de-Janeyro) 100 metr (9,58 saniyə) və 200 metr (19,19 saniyə) məsafələrdə dünya rekordlarına sahibdir.

AzVision.az



Teqlər:





Xəbər lenti