Avropanın qaz ehtiyatları 82,5%-dən aşağı düşüb

   Avropanın qaz ehtiyatları 82,5%-dən aşağı düşüb
  13 Yanvar 2023    Oxunub:922
Avropada yeraltı anbarlarda qaz ehtiyatları çəkilmənin artması fonunda 82,5%-dən aşağı düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb. Qeyd olunub ki, yeraltı anbarlardan qaz çıxarılması yanvar ayı üçün hələ də rekord səviyyədədir və bir çox Avropa ölkələrində temperatur iqlim normasından yüksək olaraq qalır.

Vurğulanıb ki, yanvarın 11-də Aİ ölkələrindəki obyektlərdən qazın çıxarılması 283 milyon kubmetr təşkil edib (2014-cü ildən bəri ən aşağı göstərici), anbarlara vurulan qaz isə 43 milyon kubmetrdir. Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 18,3 milyard kubmetr qaz götürüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti