Britaniya şirkətlərinin Qarabağdakı layihələrdə iştirakı gündəmdə

Britaniya şirkətlərinin Qarabağdakı layihələrdə iştirakı gündəmdə
  11 Yanvar 2023    Oxunub:1218
Azərbaycan Böyük Britaniya ilə bu ölkənin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakını müzakirə edib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook"dakı səhifəsində bildirib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti