Rusiyada “kraken” aşkarlanmayıb

   Rusiyada    “kraken”    aşkarlanmayıb
  11 Yanvar 2023    Oxunub:742
“Rusiyada koronavirusun “Omikron” “XBB.1.5” ştamının “kraken” də adlandırılan subvariantına rast gəlinməyib”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) əhalinin epidemioloji rifahı şöbəsinin müdiri Marina Şarabakina bəyan edib.

“Yanvarın 10-na olan məlumata görə, biz Rusiya Federasiyasında xəstələri müayinə edərkən “kraken” koronavirusunun bir variantına rast gəlməmişik”, o deyib.

Onun sözlərinə görə, “kraken”in yoluxuculuğu yüksəkdir, lakin mövcud məlumatlara görə xəstəliyin gedişi mülayimdir: “Xəstəlikdən birtəhər qurtula biləcəyimizi söyləmək hələ də çətindir. Gəlin bu həftə nə olacağını gözləyək”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti