Ermənistan itkin hərbçilərin axtarışını dayandırıb

 Ermənistan itkin hərbçilərin axtarışını dayandırıb
  11 Yanvar 2023    Oxunub:720
Ermənistan hökuməti 44 günlük müharibədə itkin hesab olunan erməni əsgərlərin axtarışını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Taquhi Tovmasyan məlumat verib. O, baş nazir Nikol Paşinyanı Ermənistan ictimaiyyətini çaşdırmaqda ittiham edib.

Tovmadyan bildirib ki, Ermənistanda 44 günlük müharibə nəticəsində itkin düşən 200-ə yaxın insanın axtarışı 2022-ci ilin yanvarından dayandırılıb.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti