Stoltenberq: "NATO artıq İsveç və Finlandiyada mövcudluğunu gücləndirib"
![Stoltenberq: "NATO artıq İsveç və Finlandiyada mövcudluğunu gücləndirib" Stoltenberq: "NATO artıq İsveç və Finlandiyada mövcudluğunu gücləndirib"](https://azvision.az/photos/2023/01/1669913791-1673364699.jpg)
xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, İsveç və Finlandiya nümayəndələri artıq alyansın iclaslarında, o cümlədən nazirlər və daimi nümayəndələr səviyyəsində iştirak edirlər: “NATO artıq Avropanın bu hissəsində mövcudluğunu gücləndirib. İsveç və Finlandiya alyansın bir sıra üzvlərindən təhlükəsizlik zəmanəti alıb”.
Baş katib, həmçinin Macarıstan və Türkiyə ilə müvafiq razılıq əldə olunduqdan sonra İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına şübhə etmədiyini bildirib.
Qeyd edək ki, hazırda İsveç və Finlandiyanın NATO-ya müraciətini 30 ölkədən yalnız 2-si - Macarıstan və Türkiyə ratifikasiya etməyib.
AzVision.az
Teqlər: NATO