Hindistan Rusiya neftinə qoyulan qiymət həddinə qoşula bilər

   Hindistan Rusiya neftinə qoyulan qiymət həddinə qoşula bilər
  10 Yanvar 2023    Oxunub:840
Rusiya neftinin qiyməti 1 barel üçün 60 dollardan çox olarsa, Hindistan Avropa İttifaqı (Aİ) və G7 (G7) ölkələri tərəfindən Rusiya neftinə qiymət tavanı tətbiq olunmasına qoşula bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Telegraph India" Sənaye Nazirliyinin nümayəndələrinə istinadən yazıb. Qeyd olunub ki, Rusiya neftinə qiymət tavanı tətbiq olunması Hindistana xammal idxalına təsir göstərməyib, çünki hazırda onun bir barelinin qiyməti 53-56 dollar təşkil edir.

Eyni zamanda, Hindistan hökuməti Aİ-nin Rusiyadan xammal alan ölkələrə qarşı əlavə sanksiyalar tətbiq edəcəyi və ya onun bir barelinin dəyəri 60 dolları keçəcəyi təqdirdə Rusiya Federasiyasından enerji alışının həcminin azaldılması variantlarını nəzərdən keçirir.

Daha əvvəl "Telegraph India" ixtisaslaşdırılmış "Vortexa" analitik şirkətinin məlumatlarına istinadla bildirib ki, 2022-ci ilin dekabrında Hindistan noyabr ayı ilə müqayisədə demək olar ki, 25% çox neft idxal edib.

AzVision.az


Teqlər:





Xəbər lenti