Avropa Rusiyanın müttəfiqlərinə qarşı sanksiyaları genişləndirəcək

Avropa Rusiyanın müttəfiqlərinə qarşı sanksiyaları genişləndirəcək
  10 Yanvar 2023    Oxunub:679
Avropa İttifaqı Rusiyanın müttəfiqlərinə qarşı sanksiyaları genişləndirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib. “Rusiyanın hərəkətlərini hərbi yolla dəstəkləyənlərə, məsələn, Belarus və İrana qarşı sanksiyaları genişləndirəcəyik”, - deyə AK rəsmisi bildirib.

Onun sözlərinə görə, Aİ Belarusa qarşı yeni sanksiyalar paketi ilə çıxış etmək niyyətindədir. O, bu məhdudiyyətlərin nə vaxt tətbiq ediləcəyini açıqlamayıb. Həmçinin, AK rəhbəri bildirib ki, Aİ dövlətləri Ukraynanı dəstəkləməkdə davam edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti