KTMT Ermənistanın əvəzinə başqa ölkələrdə təlimlər keçirməyi düşünür

KTMT Ermənistanın əvəzinə başqa ölkələrdə təlimlər keçirməyi düşünür
  10 Yanvar 2023    Oxunub:582
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahı 2023-cü ildə təşkilatın Sülhməramlı Qüvvələri ilə birgə təlimin Ermənistanda deyil, təşkilata üzv olan digər ölkələrin ərazisində keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflərə baxır.
AzVision.az xəbər verir ki, bu barədə "TASS"a KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç bildirib. O qeyd edib ki, Birləşmiş Qərargah Ermənistan Müdafiə Nazirliyindən 2023-cü ildə Ermənistan ərazisində KTMT Sülhməramlı Qüvvələri ilə birgə təlim keçirməyin məqsədəuyğun olmadığı barədə məlumat alıb.

Onun sözlərinə görə, təşkilatın Birgə Qərargahı hazırda digər üzv dövlətlərin ərazisində belə bir təlimin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti