Paşinyan gileyləndi: "Sülhməramlıların da işini Ermənistan görməlidir?!"
![Paşinyan gileyləndi: "Sülhməramlıların da işini Ermənistan görməlidir?!" Paşinyan gileyləndi: "Sülhməramlıların da işini Ermənistan görməlidir?!"](https://azvision.az/photos/2023/01/447435911_0_0_3072_1728_1920x0_80_0_0_0763fb85f6714933cb3bb6152c97d9e2-1673346643.jpg)
Onun fikrincə, sülhməramlıların hansı funksiyaları yerinə yetirdiyini anlamaq lazımdır.
"Üçtərəfli bəyanatda yazılmayıb ki, dəhliz sülhməramlıların nəzarətində olmayanda, Ermənistan ona nəzarəti təmin edib, onlara təhvil verməlidir. Orada Rusiya və Azərbaycanın öhdəlikləri var. Biz bu fakta diqqət yetiririk", - Paşinyan bildirib.
O qeyd edib ki, Azərbaycan qoşunları Fərruxa daxil olarkən Rusiya sülhməramlıları heç bir reaksiya verməyib.
“Bunlar, nəhayət, cəmiyyət qarşısında cavab verməli olduğumuz suallardır, bu mövzularda ağzımıza su alırıq, yoxsa onlarla məşğul oluruq?
Biz onlarla məşğul oluruq və mən onları sülhməramlı kontingentin komandiri ilə deyil, kontingent komandirinin ali komandanı ilə müzakirə edirəm və bu, düzgün formatdır”, - Paşinyan bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: