"Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkəyə təhlükə yaradır" - Paşinyan narazılıq etdi

   "Rusiyanın Ermənistanda hərbi mövcudluğu ölkəyə təhlükə yaradır" -    Paşinyan narazılıq etdi
  10 Yanvar 2023    Oxunub:1248
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya ilə onun respublika ərazisində hərbi mövcudluğunun rolu və əhəmiyyəti barədə söhbət gedir.
"Son zamanlar Qərb dövlətləri ilə təmaslar zamanı Azərbaycan Ermənistana qarşı destruktiv hərəkətlərini onunla izah edir ki, guya İrəvan Moskva ilə birlikdə Azərbaycana qarşı birgə təcavüz planlaşdırır, ona görə də Azərbaycan tərəfi qabaqlayıcı tədbirlər görür.

Və Ermənistan tərəfi rusiyalı həmkarlarının diqqətini bu vəziyyətə cəlb edərək bildirir ki, Rusiyanın susqunluğu şəraitində kuryoz vəziyyət əldə edilir. Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, əksinə, respublika üçün təhlükələr yaradır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistan bütün bunlardan hələ ki, nəticə çıxarmır, sadəcə faktları ortaya qoyur. O qeyd edib ki, bu barədə rusiyalı həmkarları ilə uzun müddətdir ki, söhbət gedir.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində 1995-ci ildən dövlətlərarası müqaviləyə əsasən, Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə bazanın qalma vaxtı 25 ildən 49 ilə qədər uzadılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti