Paşinyan: "Ciddi təhlükəsizlik problemlərimizin olması faktdır"

      Paşinyan:    "Ciddi təhlükəsizlik problemlərimizin olması faktdır"
  10 Yanvar 2023    Oxunub:670
"Ermənistan hökuməti silah alqı-satqısı məsələlərini açıq şəkildə müzakirə etməyi məhsuldar hesab etmir".
Bunu çərşənbə axşamı mətbuat konfransında baş nazir Nikol Paşinyan ölkə rəhbərliyinin arsenalın artırılması üçün hansı tədbirləri gördüyü və niyə xarici KİV-lərin, xüsusən də Hindistan və İranın bu barədə daha tez-tez xəbərlər yayması sualına cavab verərkən deyib.

Paşinyanın sözlərinə görə, bu cür nəşrlər xoş niyyətlə hazırlanmır və ümumiyyətlə, silah sövdələşmələrinin ictimai səviyyədə müzakirəsi düzgün qərar deyil.

"Ciddi təhlükəsizlik problemlərimizin olması faktdır. Amma onların həlli üçün hər şeyi etdiyimiz də ən azı gördüyünüz büdcə rəqəmlərinə əsaslanaraq göz qabağındadır", - Paşinyan əlavə edib.

Qeyd edək ki, Ermənistan 2023-cü ildə ölkənin hərbi ehtiyaclarına təxminən 1,2 milyard dollar xərcləyəcəyini bəyan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti