Gürcüstan "Buk" raket sistemlərini Ukraynaya qaytarmayacaq

   Gürcüstan "Buk" raket sistemlərini Ukraynaya qaytarmayacaq
  10 Yanvar 2023    Oxunub:860
Ukraynanın Gürcüstana “Buk” sistemlərini təmənnasız verməsi ilə bağlı məlumatlar doğru deyil.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Qeyd olunub ki, raket sistemləri 2007-ci ildə tərəflər arasında əldə edilmiş gizli razılaşma əsasında Gürcüstan tərəfindən satın alınıb.

Qeyd edək ki, Kiyev Tbilisidən 2008-ci il müharibəsi zamanı Ukraynanın Gürcüstana verdiyi “Buk” raket komplekslərini geri qaytarmasını xahiş edib. Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. A.Kasyanov deyib ki, ABŞ öz razılığını verib və Gürcüstanı daha yeni sistemlərlə əvəz etməyə hazır olub.

AzVision.az


Teqlər:





Xəbər lenti