İran parlamentinin sədri: "Azərbaycanla bağlı anlaşılmazlıqlar aradan qaldırılıb"

      İran parlamentinin sədri:    "Azərbaycanla bağlı anlaşılmazlıqlar aradan qaldırılıb"
  10 Yanvar 2023    Oxunub:872
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.
Bu barədə AzVision.az -a İranın Azərbaycandakı səfirliyindən bildirilib. Səfərin dəqiq tarixi hələlik məlum deyil. Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri bildirib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb: “Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Xatırladaq ki, Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti