Rusiya nefti 38 dollara satılıb

   Rusiya nefti 38 dollara satılıb
  10 Yanvar 2023    Oxunub:887
Rusiya nefti G7 ölkələrinin tətbiq etdiyi limitdən xeyli ucuz və dünya qiymətlərinin yarısına satılıb.
AzVision.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Argus” müstəqil qiymət agentliyinin məlumat yayıb.

Belə ki, yanvarın 6-da Primorsk limanında Urals neftinin bir barreli 37,80 dollara, dünya standartı Brent markalı neft isə həmin gün 78,57 dollar/barelə satılıb.

Nəşr qeyd edir ki, Aİ-nin embarqosu və Rusiya xammalına qoyulan xərc məhdudiyyətləri Rusiyanı getdikcə Çin və Hindistandan asılı vəziyyətə salıb. Moskva Yaxın Şərqdən gələn tədarüklərlə rəqabət aparmaq üçün nefti endirimlə satmağa məcburdur.

Qeyd edək ki, yanvarın 5-də "Bloomberg" gəmilərin hərəkəti ilə bağlı məlumatlara istinad edərək, 2022-ci ilin dekabrında Rusiya neftinin ixracının əvvəlki ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib. Rusiyadan dəniz xammalı tədarükü dörd həftə ərzində sutkada 117 min barel azalaraq orta hesabla 2,615 milyon barrelə düşüb.

Xatırladaq ki, ötən ilin dekabrın 3-də G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dəniz yolu ilə nəql edilən Rusiya neftinin qiymətinin hər bir barrelinin 60 dollardan yuxarı hədd tətbiq edilməsi barədə razılığa gəliblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti