Ukraynanın taleyi ABŞ-dakı prezident seçkilərindən asılıdır

   Ukraynanın taleyi ABŞ-dakı prezident seçkilərindən asılıdır
  09 Yanvar 2023    Oxunub:699
Ukraynanın gələcəyi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı ola bilər.
Bu fikri analitik Liz Slin “Washington Post” qəzetinə yazdığı məqaləsində qeyd edib. Onun fikrincə, bu ölkənin taleyi getdikcə ondan kənar amillərdən asılı olmağa başlayır.

“Avropanın Ukraynaya dəstəyinin son dərəcə vacib olmasına baxmayaraq, onun hərbi yardımı ABŞ-ın verdiyindən qat-qat azdır. Vaşinqtonun Kiyevə yardım göstərməyə davam edib-etməməsi seçkidə kimin - respublikaçı və ya demokratın qalib gəlməsindən asılı olacaq”.

Eyni zamanda, məqalənin müəllifi Slay ABŞ və müttəfiqlərinin Ukraynanı sursatla təchiz etmək qabiliyyətinə şübhə ilə yanaşır. Jurnalist hesab edir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini sarsıda və onların tükənməsinə səbəb ola bilər. Bundan əlavə, Ukraynanın ağır maliyyə vəziyyəti onun müstəqilliyini şübhə altına alır.


AzVision.az



Teqlər:





Xəbər lenti