"Çin Ay Yeni ilində COVID-19 "sunamisi" ilə qarşılaşacaq" - Bloomberg
!["Çin Ay Yeni ilində COVID-19 "sunamisi" ilə qarşılaşacaq" - Bloomberg "Çin Ay Yeni ilində COVID-19 "sunamisi" ilə qarşılaşacaq" - Bloomberg](https://azvision.az/photos/2023/01/20220314_zia_d204_029-pic_32ratio_1200x800-1200x800-78077-1673269877.jpg)
Ay Yeni ilində çinlilərin yeddi gün istirahət olur və ənənəvi olaraq bu günlərdə həm ölkə daxilində, həm də xaricə geniş səyahət edir, kiçik şəhərlərdə və kəndlərdə qohumlarını ziyarət edirlər.
Çinin nəqliyyat nazirinin müavini Xu Çenngguangın sözlərinə görə, Yeni ildə turist ajiotajı onsuz da resurs və kadr çatışmazlığı olan kiçik şəhərlərdəki klinika və xəstəxanalarda "infeksiya sunamisinə" səbəb ola bilər.
Artıq bir çox əyalətin səhiyyə ocaqlarında yaşlılar arasında pnevmoniya və qızdırma artımı müşahidə olunur. Yeni il turizmi 1,4 milyarddan çox əhalisi olan ölkədə COVID-19-un yayılmasına yeni təkan verə bilər.
Aytən Zəhra
AzVision.az
Teqlər: