Türkiyənin müdafiə ixracı 20 il ərzində 18 dəfə artıb

   Türkiyənin müdafiə ixracı 20 il ərzində 18 dəfə artıb
  09 Yanvar 2023    Oxunub:722
Türkiyənin müdafiə ixracının həcmi son 20 ildə təxminən 18 dəfə artaraq 2022-ci ildə 4,4 milyard dollara çatıb.Bunu bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada yeni nəsil yerli özüyeriyən artilleriya qurğularının "Fırtına" partiyasının silahlı qüvvələrə təhvil verilməsi mərasimində deyib.
"20 il əvvəl Türkiyənin müdafiə ixracı 248 milyon dollar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm rekord həddə - 4,4 milyard dollara çatıb", - Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, ölkənin müdafiə sənayesinin elmi-texniki işlərinə ayrılan büdcə 49 milyon dollardan 1,5 milyard dollara yüksəlib.

O, əlavə edib ki, Türkiyə “yerli müdafiə sənayesinə arxalanaraq, silah idxalından asılılığını minimuma endirməyə yönəlib”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti