İsveç hökuməti mülki çağırış xidmətini bərpa edir
İsveçin Mülki Müdafiə naziri Karla-Oskar Bulin bildirib ki, ilk addım müvafiq bacarıqlara malik olan insanların mülki xidmət üçün bələdiyyə xilasetmə xidmətlərinə göndərilməsidir.
Onun sözlərinə görə, ilkin hesablamalara görə, bu qrupun sayı təxminən 3000 nəfər olacaq.
“Biz hesab edirik ki, bu gün ictimai xilasetmə xidmətləri yüksək hazırlıq səviyyəsinə, xüsusən də silahlı hücum zamanı tələblərə cavab vermir”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: