Avropada qazın qiyməti min kubmetr üçün 800 dolları ötüb

   Avropada qazın qiyməti min kubmetr üçün 800 dolları ötüb
  09 Yanvar 2023    Oxunub:795
Avropada qazın birja qiymətləri həftənin ilk ticarət günündə 7% artaraq min kubmetr üçün 800 dolları keçib. Bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.
Eyni zamanda, Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 773,6 dollar (+2%) səviyyəsində ticarəti bərpa edib.

Və onların dəyəri Moskva vaxtı ilə 10.31-ə 811.4 dollara (+7%) çatıb.

Qiymətləndirmənin dinamikası yanvarın 6-na olan hesablama qiymətindən verilib. Beləliklə, min kubmetr üçün 758,5 dollar olub.

Bir gün əvvəl “Kommersant” yazıb ki, 2023-cü ilin əvvəlində Avropada qazın qiyməti kifayət qədər isti hava fonunda min kubmetr üçün 780 dollara düşüb. Bu, son bir ilin ən aşağı göstəricisidir və 2022-ci ilin avqustunda qazın pik qiymətindən beş dəfə azdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti