İnterpolun axtardığı cinayətkar Ermənistanda tapıldı

   İnterpolun axtardığı cinayətkar Ermənistanda tapıldı
  09 Yanvar 2023    Oxunub:770
Lüksemburqun İnterpolu tərəfindən axtarışda olan Belarus vətəndaşı Aleksey Q. Ermənistanda saxlanılıb. Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxs yanvarın 8-də Moskvadan İrəvana uçan təyyarə eniş etdikdən sonra Zvartnots hava limanında saxlanılıb.

Polisin məlumatına görə, Aleksey G. Lüksemburqda oğurluqda və cinayətkar qrup təşkil etməkdə şübhəli bilinərək axtarışdadır.

Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti