"Apple" məşhur "iPhone" modelindən imtina edir

   "Apple" məşhur "iPhone" modelindən imtina edir
  07 Yanvar 2023    Oxunub:750
"iPhone SE 4"ün istehsalının ləğvi barədə "Apple" tərəfdaşlarına məlumat göndərilib
Bu barədə "TF International Securities"in tanınmış insayderi və analitiki Ming-Chi Kuo mənbələrə istinadən məlumat verir.

Kuonun sözlərinə görə, şirkət əvvəlcə "iPhone SE 4"ü buraxmağı və onun üzərində öz mobil siqnal emal çipini sınaqdan keçirməyi planlaşdırırdı. Sınaq uğurlu olsa, bu çip "iphone16"da istifadə olunacaqdı. Bununla belə, "Apple"
"Qualcomm"un hazırda "iPhone"lar tərəfindən istifadə olunan çipləri müqayisədə öz rabitə modulunun müvafiq gücə uyğun enerji verə biləcəyinə şübhə edirdi.

Kuonun sözlərinə görə, "Apple" "iPhone SE 4"də "Qualcomm" çiplərindən istifadə etmək istəmir. Yəni, çox güman ki, "Apple" ən azı 2025-ci ilə qədər bu modelin hazırlanmasından prinsipcə imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti