Hindistanda bir şəhər çökür, əhali təxliyə ediləcək
![Hindistanda bir şəhər çökür, əhali təxliyə ediləcək Hindistanda bir şəhər çökür, əhali təxliyə ediləcək](https://azvision.az/photos/2023/01/Бадринатх-1673075887.jpg)
Hazırda yüzlərlə sakin üçün müvəqqəti yaşayış düşərgələri təşkil edilir. Mərkəzi hökumət geoloqların və digər mütəxəssislərin iştirakı ilə Coşimathda torpaqların çökməsinin səbəblərini öyrənmək üçün komissiya yaradacaq.
Təxminən 17.000 sakini olan bu kiçik dağ şəhərciyindəki yerli tikililərdə, yollarda və ona bitişik əkin sahələrində nəhəng çatlar əmələ gəlib, onlarla ev uçub. Ötən cümə axşamı şəhərin məbədlərindən birinin uçması sakinləri daha da təşvişə salıb.
AzVision.az
Teqlər: