Nümayəndələr Palatasına yeni sədr seçilib

   Nümayəndələr Palatasına yeni sədr seçilib
  07 Yanvar 2023    Oxunub:926
Şənbə günü, yanvarın 7-nə keçən gecə keçirilən səsvermənin 15-ci turunun nəticələrinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçı Kevin Makkartini yeni spiker seçməyə nail olublar.
AzVision.az xəbər verir ki, Nümayəndələr Palatasında Respublikaçı lider Makkarti, yekun səsverməyə görə 216 səs alıb. Bununla da o, erməni lobbisinin qatı müdafiəçisi Nensi Pelosini əvəzləyəcək

Xatırladaq ki, Kevin Ouen Makkarti 1965-ci il yanvarın 26-da Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. O, 2019-cu ildən ABŞ Nümayəndələr Palatasında azlıqların iideridir. Respublikaçılar Partiyasının üzvü əvvəllər, 2014-2019-cu illərdə Nümayəndələr Palatasında çoxluqların lideri olub.



AzVision.az


Teqlər:





Xəbər lenti